-
İyulun 7-də Böyük Britaniya Londonda 52 nəfərin ölümünə səbəb olmuş terror hücumlarının 10 illiyini yad edir.
St.Paul kilsəsində anım tədbiri keçiriləcək.
Yerli vaxtla 11:30-da London nəqliyyat şəbəkəsi bir dəqiqəlik sükuta dalacaq.
Hyde Parkda keçiriləcək anım tədbirinə Şahzadə William da qatılacaq.
2005-ci il terror hücumlarını Al-Qaeda-ya bağlı intiharçılar metro və avtobusda törədib.
Bu, Britaniya torpağında bir gündə törədilmiş ən ağır terror hücumu olub.