Van Basten Hollandiyaya köməyə gəlir

Marco Van Basten

Hollandiya millisinin əfsanəvi hücumçusu Marco Van Basten yenidən yığma komandada çalışacaq.

İdman saytlarının məıumatına görə, 50 yaşlı mütəxəssis bu dəfə baş məşqçi Danny Blindin köməkçisi olacaq.

Onun yaxın günlərdə Hollandiya Futbol Federasiyası ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

Van Basten 2004-2008-ci illərdə Hollandiya millisinin baş məşqçi olub.