İslam Dövləti qrupu daha bir şəhəri ələ keçirdi

Foto arxiv

İslam Dövləti qrupu Suriyanın şimalındakı Ein İssa şəhərini yenidən ələ keçirib.

Bu barədə Londondakı Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb.

Bu şəhər 2 həftə bundan əvvəl kürd döyüşçüləri tərəfindən ələ keçirilmişdi.

Məlumata görə şəhər və ətraf rayonlar iyulun 6-da yenidən İslam Dövləti yaraqlılarının əlinə keçib.

Hazırda Suriya və İraqın bir çox bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.