Erməni hərbçilər Azərbaycan ərazisində qəzaya düşüb, ölənlər var

Azərbaycanın erməni işğalı altında olan ərazisində içərisində hərbçilər olan avtomobil qəzaya uğrayıb.

Azərbaycanın erməni işğalı altında olan ərazisində içərisində hərbçilər olan avtomobil qəzaya uğrayıb.

Məlumatı erməni mətbuatına istinadən APA yayıb. Bildirilir ki, “VAZ 2106” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü və bir sərnişini ölüb, avtomobildə olan daha iki nəfər isə xəsarət alıb.

Ölən və yaralananların hamısı zabitdir.