Dənizdə bir adam batıb, ikisi xilas edilib

-

İyulun 3-də Xəzər dənizində bir adam batıb, ikisi xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, qurumun dalğıc- xilasediciləri batan şəxsi axtarır. Batan adamın şəxsiyyəti ilə bağlı məlumat verilmir.

Bakının Xəzər rayonunda və Sumqayıt şəhərində 2 nəfər batmaq təhlükəsi ilə üzləşərkən dalğıc-xilasedicilər onları xilas edə bilib.