İlham Əliyev Barack Obamanı təbrik edib

Barack Obama

Azərbaycan prezidenti İlham Əliyev müstəqillik günü münasibəti ilə ABŞ prezidenti Barack Obama və Amerika xaqlını təbrik edib.

Təbrik məktubunda deyilir: “Azərbaycan ABŞ-la münasibətlərə böyük önəm verir. Ölkələrimiz arasındakı əlaqələr inkişaf edərək bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Avropa və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorçuluqla mübarizə və digər qaynar nöqtələrdəki sülhmıramlı əməliyyatlarda iştirakımız bu münasibətlərin bariz nümunələridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal olunmuş ərazilərimizin azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma torpaqlarına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ və şəxsən sizin səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlə yanaşırıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Amerika xalqına daim sülh və rifah arzulayıram".