İyulun 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin şikayətinə baxılacaq.
Bu barədə vəkil Cavad Cavadov özünün facebook səhifəsində yazıb.
İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 22-də onu 7 il yarım azadlıqdan məhrum edib.
O, qanunsuz sahibkarlıq, vergidən yayınma, mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.
İntiqam Əliyev ittihamları rədd edir və fəaliyyətinə görə ghəbs olunduğunu deyir.
Amnesty İnternational təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.