Pakistanda qatar qəzasında azı 17 nəfər ölüb

Pakistanda qəza

Pakistanda baş verən qatar qəzasında azı 17 nəfər ölüb.

Qəza uyulun 2-də ölkənin şərqindəki Pəncəb əyalətində baş verib.

İçərisində hərbçilər və ailələri də daxil olmaqla 200 sərnişin olan qatar qismən dağılmış körpüdən kanala düşüb.

Nazirin sözlərinə görə,bu sabotaj da ola bilər.

Qatar qarnizon şəhəri olan Khariana gedirmiş.

Hərbçilərin sözlərinə görə, qatar körpünü keçərkən 4 vaqon xəttən çıxıb.

İndiyədək 17 nəfərin cəsədi tapılıb, axtarış-xilasedici əməliyyatlar davam etdirilir.

Dövlət televiziyasının məlumatına görə, hərbi komandir, həyat yoldaşı və qızı da ölənlərin arasındadır.

İndiyədək 80-dən çox adamın xilas edildiyi xəbər verilir.