Merkel dönər kəsib

Angela Merkel

Almaniya kansleri Angela Merkel iyulun 1-də Berlindəki dükanları gəzərkən dönərxanaya da girib.

O, türk kafelərindən birində partiyasının şənliyi üçün hazırlanmış 80 kiloqramlıq dönərin dadına baxıb və məsələ burasındadır ki, o bıçağı götürərək dönəri özü kəsib.

Deyilənlərə görə Merkel dönəri çox sevir.

Türk dönəri Almaniyada çox məşhurdur və demək olar ki, hər şəhərdə addımbaşı dönərxanaya rast gəlmək olar.