Serbiya prezidenti Bosniyaya getməyəcək

Tomislav Nikolic

Serbiya prezidenti Tomislav Nikoliç Serebrenitsa qırğınının 20 illiyi ilə bağlı mərasimdə iştirak etməyəcək.

Mərasim iyulun 11-də Bosniyada keçiriləcək.

BMT-nin baş katibi Ban Ki Moon və ABŞ-ın təşkilatdakı elçisi Samantha Poweriyulun 1-də Serebrenitsada 8 mindən çox müsəlmanın qətlini soyqırım adlandırıblar.

Amma Rusiya, Bosniya serbləri və Serbiya BMT təhlükəsialik şurasında belə qətnaməyə qarşı çıxırlar.

Böyük Britaniyanın hazırladığı qətnamə layihəsində Serebrenitsa qətliamı kəskin şəkildə ittiham olunur.