Super kuboka biletlər satışa buraxılır

Foto arxiv

Avqustun 11-i Tbilisinin "Dinamo" stadionunda İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında keçiriləcək Avropa Super kubokuna biletlər artıq gələn həftədən satışa buraxılacaq.

Gürcüstan Futbol Federasiyasının məlumatına görə,xarici azarkeşlər üçün 6 min bilet ayrılıb.

Biletlərin qiyməti isə, yerlərdən asılı olaraq 7, 14, 30 avro arasında olacaq.