Ukraynaya yeni nazir təyin edildi

Foto arxiv

Vasyl Grytsak Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri təyin edilib.

Parlamentdə keçirilən səsvermədə 340 deputat onun lehinə səs verib.

O bu vəzifədə iyunun ortalarında istefaya göndərilən Valentyn Nalivaychenkonu əvəz edib.

Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitənin sədri Sergiy Pashinskiy iclasda bildirib ki, Grytsak real işlə məşğul olacaq və Facebook-da piyarla məşğul olmayacaq.

Deputatlar həmçinin iyulun 2-də ekologiya naziri İgor Shevchenkonu vəzifəsindən aqzad ediblər.

Onu bundan əvvəl, Kiyev ətrafındakı neft bazası yanarkən xaricdə istirahət etməkdə günahlandırırdılar.

Nazir isə korrupsiya ilə mübarizəyə görə işdən azad edildiyini detir.