Filippində sərnişin bərəsinin batması nəticəsində azı 36 nəfər ölüb.
Bundan başqa 19 nəfər itkin düşmüş hesab olunur.
Associated Press agentliyinin məlumatına görə bərənin göyərtəsində 173 sərnişin və heyyət üzvü olub.
Qəza iyulun 2-si səhər saatlarında baş verib.
Sahil mühafizə xidmətinin məlumatına görə, bərə Ormok şəhərindən Kamotes adalarına gedirmiş.
“The South China Morning Post” agentliyininməlumatına görə, bərə yola düşəndən bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Axtarış-xilasetmə əməliyyatları aparılır.