-
Praqada yüzlərlə yəhudi uşağını 2-ci Dünya Müharibəsindən qabaq xilas etmiş britaniyali Nicholas Winton iyulun 1-də 106 yaşında vəfat edib.
Oğulluğu Stephen Watson deyib ki, o, Londonun qərbində, Wexham xəstəxanasında yuxuda dünyasını dəyişib.
Winton Londonda doğulub, valideynləri alman-yəhudi olub. Nasistlərin tutduğu Çexoslovakiyada London Birjası üçün işləyirmirş. 1939-cu ildə qatarla əsasən yəhudi olan 669 uşağı Britaniyaya qaçıra bilib. Daha bir Qatar 1939-cu il sentyabrın 3-nə təşkil olunub, ancaq Britaniya Almaniyaya müharibə elan etdiyindən sərhədlər bağlanıb. Sonradan həmin 250 uşaqdan səs-soraq çıxmayıb. Onların Holokostda məhv olduğu güman olunur.
Winton “İngilis Schindler” ləqəbini qazanıb. Alman sənayeçi Oskar Schindler müharibə zamanı yüzlərlə polşalı yəhudini xilas edib.