ABŞ-Kuba səfirlikləri iyulun 20-də açılacaq

John Kerry

Kuba ilə ABŞ, səfirlikləri iyulun 20-də açacaqlar.

Bu barədə Kuba xarici işlər nazirliyinin ABŞ prezidenti Barack Obamanın Kuba prezidenti Raul Castroya göndərdiyi məktuba istinadla xəbər verir.

ABŞ-la Kuba 1961-ci ildə dayandırılmış diplomatik münasibətləri tam bərpa ertmək və öz səfirliklərini açmaq qərarına gəliblər.

Bu barə iyunun 30-da məlumat verilib.

ABŞ prezidenti Barack Obama və Dövlət katibi John Kerrynyn bu gün axşam bəyanat verəcəkləri gözlənilir.