Çərşənbə günü ABŞ Prezidenti Barack Obama Kuba ilə Havana və Vaşinqtonda səfirliklərin açılması üzrə razılaşma əldə olunduğunu elan edəcək
-
Çərşənbə günü ABŞ Prezidenti Barack Obama Kuba ilə Havana və Vaşinqtonda səfirliklərin açılması üzrə razılaşma əldə olunduğunu elan edəcək. Administrasiya rəsmisi xəbəri Fox News-a təsdiqləyib.
Bununla da uzun müddət düşmən münasibətində olmuş iki ölkənin diplomatik münasibətlərinin bərpası yönündə böyük bir addım atılmış olacaq.
İki ölkənin münasibətlərinin bərpasına ilk dəfə ötən il dekabrın 17-də başlanıb.
Obama üçün Kuba ilə münasibətlərin yarım əsrdən sonra bərpası xarici siyasətin əsas elementidir. O, ABŞ-ın bu kommunist adasına qarşı embarqosunun səmərəsiz olduğunu deyirdi.