Qəzaya düşən təyyarədə 113 nəfər olub

Foto arxiv

İndoneziyada qəzaya uğrayan hərbi yük təyyarəsində 113 nəfər olub.

Onlardan 101 sərnişin, 12-si isə heyət üzvləridir.

İndoneziya Hərbi-Hava Qüvvələrinin komandanı Agus Supriatna bildirib ki, onların hamısının öldüyü güman edilir.

İndiyədək 49 nəfərin meyiti tapılıb.

Təyyarə hotelin üstünə düşüb.

Qəzanın səbəbi araşdırılır.