Kəmaləddin Heydərov Göyçayda qəbul keçirib

Foto arxiv

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 30-da Göyçayda Ucar, Zərdab, Göyçay və Kürdəmir rayonlarının sakinləri, həmçinin bu bölgələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib.

APA-nın məlumatına görə, qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdə olan evlərin təmiri və digər məsələlərlə bağlı olub.

Bu müraciətlərin bir qismi yerindəcə həll olunub.

Nazir qaldırdırılan məsələlərin həlliylə bağlı əlaqədar qurumlara müvafiq göstərişlər verib.