İyulun 1-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Gecə 22-25, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində suyunun istiliyi 24-25 dərəcə olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən, yağmursuz olacaq.
Amma bəzi dağlıq ərazilərdə qısa müddətli yağış gözlənilir.
Gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.