İranla danışıqlar vaxtında aparılacaq

Foto arxiv

İranın nüvə proqramı ilə bağlı qadnışıqlar təyin edildiyi kimi iyunun 30-da keçiriləcək və tərəflər danışıqların başa çatdırılması üçün yeni vaxt müəyyən etməmək qərarına gəliblər.

Bunu iyunun 29-da Nyu-Yorkda jurnalistlərə Fransanın xarici işlər naziri Laurent Fabius bildirib.

O qeyd edib ki, danışıqlar üçün Vyanaya qayıdacaq.

Fabiusun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunub, amma bu hələ ki, prosesin sonu deyil.

O bildirib ki, sanksiyaların ləğvi ilə bağlı İranın konkret sualları var.

Həmçinin danışıqlarda iştirak edən Avropa ölkələri bəzi məsələlərin dəqiqləşdirilməsini istəyirlər.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran rəsmiləri iyunun 30-da Vyanadaİranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə etməlidirlər.

Tərəflər iyunun 30-dək İranın nüvə proqramı ilə bağlı yekun razılaşma əldə etməlidirlər.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların ləğvindən gedir.