Avropa Birliyi Afinaya yeni təklif verəcək

Pierre Moscovici

Avropa Birliyinin iqtisadi məsələlər üzrə nümayəndəsi Pierre Moscovici bildirib ki, Avropa Komissiyası Yunanıstanın borc böhranı ilə bağlı yeni təkliflər verəcək.

O iyunun 29-da Fransa radiosuna müsahibəsində qeyd edib ki, danışıqları davam etdirmək hələ ki, mümkündür.

Almaniya və Fransa liderləri iyunun 29-da Yunanıstanda defolt mümkünlüyü ilə bağlı təcili iclas keçirəcəklər.

Bazar ertəsindən Yunanıstanda bütün banklar iyulun 7-dək bağlanıb.

Vətəndaşlar bankomatlardan yalnız 60 avro çıxara bilərlər.

Ölkənin baş naziri Alexis Tsipras bütün bank hesablarının qorunduğunu bəyan edib.

Beynəlxalq kreditorlar Yunanıstanın kredit borcunu ödəməsinə qoyulmuş vaxtı uzatmayıb.

Yunanıstan parlamenti bazar gününə keçən gecə kreditin şərtləri ilə bağlı iyulun 5-də ölkədə referendum keçirilməsini qərara alıb.

Yeni Yunanıstan hökuməti şərtlərin alçaldıcı olduğunu hesab edir.

Bu məlumatlardan sonra asıya birjalarında səhmlər düşüb.