Küveytdə partlayış törədənin şəxsiyyəti məlum olub

Partlayış zamanı həlak olan şəxs

-

Küveytin Daxili İşlər Nazirliyi cümə günü paytaxtın şiə məscidində partlayış törətmiş terrorçunun şəxsiyyətini müəyyənləşdirib.

Bu, Fahd Suleyman Abdulmohsen al-Kabaa adlı şəxsdir. O, partlayışdan bir neçə saat əvvəl Kuveytə Səudiyyə Ərəbistanlndan gəlibmiş.

Həmin partlayışa görə məsuliyyəti İŞİD üstünə götürüb.

Şiə məscidindəki partlayış nəticəsində 27 nəfər həlak olmuşdu, 220 nəfər yarakanmışdı.