-
İyunun 28-də Göyçay rayonunun Mırtı kəndində 4 otaqlı evdə yanğın olub.
Hadisə nəticəsində 80 kvadratmetr ev bütün əşyaları ilə yanıb.
Yanğın saat 06:32-də söndürülüb.
İmişli rayonunda isə "Mersedes” markalı maşın yanıb.
Yanğın saat 22:55-də söndürülüb.
Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 4 otaqlı mənzilin eyvanında yanğın olub. “Ariston” markalı su qızdırıcısı yanıb.
Yanğın saat 00:15-də söndürülüb.
Xəbərləri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.