Yarışların 16-cı günüdür

İyunun 27-də qılıncoynatma, üzgüçülük, badminton, cüdo, boks, çimərlik futbolu və voleybol üzrə yarışlar keçiriləcək

-

Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 16-cı günü başlayıb.

“Trend”in məlumatına görə, iyunun 27-də qılıncoynatma, üzgüçülük, badminton, cüdo, boks, çimərlik futbolu və voleybol üzrə yarışlar keçiriləcək.

Oyunların 16-cı günü 27 dəst medal sahibini tapacaq: 1-i voleybol, 2-si badminton, 3-ü qılıncoynatma, 5-i boks, 5-i cüdo və 11-i üzgüçülükdə.