"Çexov sağdır"

-

24 SAAT ÇEXOV

26 iyunda "Google" şirkəti A.P.Çexovun əərlərinin "Çexov sağdır" adlı teatral onlayn qiraəti layhəsinə başlayıb.

Layihədə yüzminlərlə adam iştirak edəcək. Bunun üçün Çexov yaradıcılığının mütəxəssisləri onun 50 əsərini seçiblər.

Oxu günü 25 sentyabra təyin olunub. Amma indidən arzu edənlər chekhov.withgoogle.com səhifəsində testdən keçməklə layihə heyətinə qoşula bilərlər.

Həmin gün Rusiyanın müxtəlif şəhərlərində, həmçinin Honkonqda qurulacaq qiraət meydançalarından "YouTube"-da 24 saat fasiləsiz canlı yayım olacaq, Çexovun hekayələri oxunacaq.

Keçən il "Karenina. Canlı nəşr" adlı layihədə dünyanın müxtəlif yerlərindən olan 700 adam "Google+" və "YouTube" vasitəsilə 30 saat ərzində L.Tolstoyun "Anna Karenina" romanından hissələr oxumuşdu.

"İndi insanlar, xüsusən gənclik İnteretdə çox vaxt keçirir. Bu layihə ilə biz göstərmək istədik ki, İnternet mənasız yer deyil, orada çox vacib və gözəl şeylərə, həmçinin ədəbiyyata vaxt ayırmaq olar", - "Google" şirkətinin Rusiya üzrə marketinq direktoru deyib.

Oxu zalı