Boksda üçüncü, ümumilikdə 17-ci qızıl...

Foto illüstrasiya

-

I Avropa Oyunlarında Azərbaycanın finala yüksələn 6 boksçusundan ikincisi, milliləşdirilən Collazo Sotomayor da qızıl medal qazanıb.

64 kiloqramda çıxış edən legioner idmançı həledici görüşdə italiyalı Vincenzo Mangiacapre ilə qüvvəsini sınayıb. Collazo Sotomayor döyüşü 3-0 hesablı qələbə ilə başa vurub.

Bununla da Azərbaycan idmançılarının Avropa Oyunlarında medallarının sayı 49-a çatıb. 17 qızıl, 13 gümüş və 19 bürünc.