İsveçrə Bosniya müsəlmanlarının keçmiş komandiri Naser Orici Bosniya-Hersoqovinaya verir.
Federal Ədliyyə İdarəsi artıq iyunun 25-də bu barədə qərar qəbul olunduğunu bildirir.
Oric 1992-1995-ci illərdə gedən Bosniya müharibəsi dövründə Bosniya müsəlmanlarının Serebrenitsadakı komandiri olub.
O Serbiyanın orderi ilə iyunun 10-da İsveçrədə həbs olunub.
Bosniya hökuməti də onun verilməsini istəyib.
Belqrad onu 1992-ci illərdə Serebrenitsa ətrafında etnik serblərin öldürülməsində ittiham edir.
Həmçinin serb birləşmələri həmin vaxt Serebrenitsada 8000-dən çox müsəlmanı kütləvi qətlə yetirib.
Oric bundan əvvəl Haaqadakı beynəlxalq hərbi tribunalda da mühakimə olunub, amma 2008-ci ildə bütün maaddələr üzrə bəraət qazanıb.