Anaları işləyən uşaqlar daha çox inkişaf edir

Foto arxiv

Harvard Biznes Məktəbinin yeni araşdırmasına görə anaları işləyən uşaqlar, anaları evdə oturan uşaqlardan daha çox inkişaf edir.

Araşdırmaya görə bu cür ailələrdə doğulan oğlanlar gender stereotipi ilə böyümürlər ( Yəni, ana evdə oturmalı, ata isə işləməlidir).

Anaları işləyən qızlar isə böyüyəndə o biriləri ilə müqayisədə 23 faiz çox qazanırlar.

Araşdırmada qeyd edilir ki, işləyən analar uşaqlar üçün nümunə olurlar.