İyunun 23-də "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçirilib.
Azərbaycan millisiHollandiya ilə üz-üzə gəlib və 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Həmçinin Polşa Almaniyanı 3:2 hesabı ilə məğlub edərəkyarımfinala çıxıb.
Digər oyunda isə Türkiyə və Rusiya yığmaları qarşılaşıb.
Rəqibinə 3:1 hesabı ilə qalib gələn Türkiyə millisi də yarımfinalaçıxıb.
Günün son qarşılaşmasında isə Serbiya və Belçika üz-üzə gələcək.
23 iyun
1/4 final
13:00. Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)
15:00. Türkiyə - Rusiya - 3:1 (25:18, 23:25, 25:22, 25:19)
19:00. Azərbaycan – Hollandiya - 3:0 (25:21, 25:23, 25:14)
21:00. Belçika – Serbiya