İyunun 23-də "Bakı-2015" I Avropa Oyunlarında basketbol yarışı başlayıb.
Qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3-3-ə növündə qrup oyunları keçirilir.
A qrupunda yarışan Azərbaycanın qadınlardan ibarət yığması ilk görüşdə İsveçrə komandasına 11:15 hesabı ilə uduzub.
D qrupunda mübarizə aparan kişilərdən ibarət Azərbaycan yığması da həmin gün iki oyun keçirəcək. Azərbaycan millisi öncə Çexiya, sonra isə İsveçrə ilə qarşılaşacaq.
23 iyun
A qrupu
İsveçrə - Azərbaycan - 15:11
D qrupu
19:55. Azərbaycan – Çexiya
21:35. İsveçrə - Azərbaycan