NATO qüvvələrinin sayını artırır

Jens Stoltenberg

“NATO cəld reaqksiya qüvvələrinin sayını 2 dəfədən də çox artırmaq fikrindədir”.

Bunu təşkilatın baş katibi Jens Stoltenberg iyunun 22-də bəyan edib.

Onun sözlərinə görə, artıq bu həftə təşkilata daxil olan ölkələrin müdafiə nazirlərinin Brüssel görüşündə məsələ ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır.

13 minlik qüvvələrin 30-40 minə çatdırılması nəzərdə tutulur.

Stoltenberg bildirib ki, NATO yeni problemlər zamanı qərarların qəbulunu tezləşdirən mexanizm üzərində işləyir.