Bu gün "Bakı-2015" Avropa Oyunlarında sambo yarışları keçirilir.
Azərbaycan bu yarışda 8 idmançı ilə təmsil olunur.
57 kq çəki dərəcəsində mübarizə aparan İslam Qasımov 1/4 və yarımfinalda qalib gələrək finala yüksəlib.
O finalda rusiyalı Aymergen Atkunovla görüşəcək.
Görüşün saat 19:18-də başlayır.
74 kq çəki dərəcəsində mübarizə aparan Amil Qasımov da finala vəsiqə qazanıb.
O finalda belaruslu Stsiapan Papou ilə qarşılaşacaq. Görüş saat 20:02-də başlayacaq.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək Vasif Səfərbəyov da finala çıxıb.
O finalda rusiyalı samboçu Artyom Osipenko ilə qarşılaşacaq.
Onun 21:30-da başlayır.