Teatra bənzədilən rəsmlər

O.Bulqakovanın "Mələklər" rəsmi

-

Qonşu ölkələrin modern sənət axınları

Min cür emosiya

Rusiyanın 20-ci əsrin əvvəlində dünya incəsənətinə verdiyi Modernizm məktəbinin orijinal və layiqli davamçısı Olqa Bulqakova (1951).

Necə ki, ağacı torpaqdan kökləri ilə birgə çıxararlar, o da insanları, heyvanları və əşyaları ayrıca, qoparılmış vəziyyətdə çəkmir, bütün ətraf münasibətləri, köklərilə birlikdə çəkir.

Olqanın rəsmlərində əhval-ruhiyyə və min cür emosiya əks olunur. Yəqin ki, bu səbəbdən onun rəsmlərinə insanların və əşyaların, heyvanların və maskaların teatrı deyirlər. Onun "Adam və Quş", "Sevgi", "Qara yelpincli qadın" rəsmlərinə baxmaqla ümumi yaradıcılığının ruhu haqda təəssürat almaq olar.

Bu rəsmlər statik deyil, hər zaman hərəkət anında çəkilir, Olqa Bulqakova tamaşaçısını da Teatrın emosiyalı bir aktyoruna çevirir.

Oxu zalı