Goranboyda kafe, Ucarda aptek yanıb

car fire Baku

-

İyulun 21-də Goranboyda kafe, Ucarda aptek yanıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Ağsuda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan aptekdə yanğın olub. Aptekdəki soyuducu, 1 ədəd plastik qapı və 1 kv.m sahədə dərman preparatları yanıb. Yanğın səhər saat 08:20-də söndürülüb.

Digər bir yanğın Goranboy rayonu Safikürd kəndində kafedə yanğın olub. Yanğın 13:00-də söndürülüb.

Yerli sakinlərdən birinə məxsus 54 kvadrat metrlik kafenin lambirdən ibarət olan tavanı və arakəsmə divarı yanıb. Digər hissəsi yanğından mühafizə olunub.

Yanğının nədən baş verdiyi haqda hələki məlumat yoxdur.