Orduda daha bir əsgər ölümü

Foto illüstrasiya

-

Azərbaycan ordusunda qeyri-döyüş şəraitində daha bir əsgər ölümü baş verib.

Ağdamdakı N saylı hərbi hissədə qulluq edən əsgər, Beyləqan rayon sakini Əlisman Abbaslı aldığı güllə yarasından dünyasını dəyişib.

Hadisə iyunun 19-na keçən gecə baş verib.

Məlumatı «Azadlıq» qəzeti yayıb.

Bildirilir ki, güllə əsgərin boğazından dəyib. Əsgərin ailəsinə deyilib ki, o, silah anbarının açarını oğurlayaraq oradan silah götürüb və özünü vurub.

Əlisman Abbaslı hərbi xidməti bu çağırışda başa vurmalı imiş. Yəni, onun evə dönməsinə sayılı günlər qalıbmış.

Yaxınları onun intihar etdiyinə inanmırlar. Hesab edirlər ki, Əlisman başqası tərəfindən güllələnib.