Rusiya aktivlərinin həbsinə cavab verəcək

Sergei Lavrov

”Rusiyanın Belçikadakı aktivlərinin dondurulması diplomatik münasibətlərlə bağlı Vyana konvensiyasının tamamilə pozulası demıkdir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 19-da Sankt-Peterburda keçirilən beynəlxalq iqtisadi forumda jurnalistlərlə söhbət zamanı deyib:

"Bu diplomatik münasibətlərlə bağlı Vyana konvensiyasının kobud şəkildə pozulması deməkdir.Aydın olub ki, Belçikanın xarici işlər nazirliyi bu qərardan xəbərsiz olub və bunu faktiki artıq bizə məlumat veriləndən sonra bilib. Onlar müstəqil məhkəmə sisteminə istina edirlər.Biz indi ilk növbədə buna qarşı qarşı simmetrik cavab verməli olacağıq"-deyə Lavrov vurğulayıb.

Bu günlərdə bir sıra Avropa ölkələrində Rusiyanın bir sıra aktivlərinin dondurulmasına başlanıb. Proses keçmiş neft şirkəti YUKOS-un səhmdarlarının şikayəti əsasında keçirilən məhkəmə çərçivəsində həyata keçirilir.

Çərşənbə günü Belçika, çümə axşamı isə Fransada Rusiyaya məxsus bir sıra aktivlər dondurulub.

Bu rəsmi Moskvanın qəti narazılığına səbəb olub.