Dopinqə görə yarışdan kənarlaşdırıldı

Foto illüstrasiya

-

Albaniyalı idmançı Recildo Zeneli “Bakı 2015” I Avropa Oyunlarında anti-dopinq qaydalarını pozduğuna görə yarışdan kənarlaşdırılıb.

"Bakı-2015"in rəsmi saytının məlumatına görə, yoxlama zamanı bəlli olub ki, albaniyalı boksçu qadağan preparatlar siyahısında olan furosemiddən istifadə edib.

Qeyd edək ki, Zeneli bunadək oyun keçirməyib.