AI Qaidənin Şimali Afrikadakı qanadı əsas komandirlərindən biri Mokhtar Belmokhtarın Liviyada öldürülməsi xəbərini təkzib edib.
Təşkilatın iyunun 18-də Twitter də yaydığı məlumatda deyilir ki, həm də Khalid al Abbas kimi tanınan Belmokhtar sağ və salamatdır.
Liviya hökuməti iyunun 15-də ABŞ-ın hava zərbəsi nəticəsində onun ölməsi barədə məlumat yaymışdı.
Həmin vaxt hədəfin Belmokhtar olduğunu Pentaqon da təsdiqləmiş, amma onun ölümü barədə dəqiq bir şey deməmişdi.
Belmokhtar 2013-cü ildə Əlcəzairdəki böyük qaz müəssisəsinə hücumun təşkilində ittiham olunur.
Həmin hücumda 40 neftçi öldürüldü.
İndiyədək Belmokhtarın ölümü barədə bir neçə dəfə məlumat yayılıb.