"Bakı-2015" I Avropa Oyunlarında kişi voleybolçulardan ibarət yığmaların mübarizəsi davam edir.
İyunun 18-də A və B qruplarında daha 3 oyun keçirilir.
A qrupunda yer alan Azərbaycan yığması 3-cü turda Fransa ilə qarşılaşıb.
İlk iki oyunda məğlub olmaqla 1/4 finala yüksəlmək şanslarını çətinə salan komanda turnir cədvəlindəki vəziyyətini düzəltmək üçün bu görüşdə qələbə qazanmalı idi.
Amma bu görüşdən 0:3 hesabı ilə məğlub ayrılıb.
Günün ilk qarşılaşması Finlandiya və Türkiyə yığmaları arasında keçirilib.
Oyun 3:0 hesabı ilə Türkiyə voleybolçularının xeyrinə başa çatıb.
Qrupun lideri Polşa isə Serbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması iki görüşdən sonra 1 xalla turnir cədvəlinin sonunda qərarlaşıb.
1-ci yerdə 7 xalla Fransa, ikidə eyni xalla Türkiyə, 3-də 4 xalla Polşa, 4-də 3 xalla Serbiya, 5-də 2 xalla Finlandiya , sonda isə 1 xalla Azərbaycan gəlir.