Yunanıstan defolta gedə bilər

Yanis Varoufakis

Avrozona ölkələrinin maliyyə nazirləri iyunun 18-də Lüksemburqda Yunanıstanın borc böhranını müzakirə edirlər.

Almaniyanın kansleri Angela Merkel görüş ərəfəsində deyib ki, Afina və Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı arasında razılaşmanı hələ də mümkün sayır.

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis bildirib ki, kreditçilərlə razılığa gəlmək Afinanın siyasi və mənəvi borcudur, amma Lüksemburq görüşündə çətin ki, təcili bir qərar qəbul olunsun.

Afina iki həftədən də az müddətə Beynəlxalq Valyuta Fonduna olan 1,5 milyard avroluq borcla bağlı razılıq əldə etməlidir.

Əks halda ölkə defoltla üzləşə bilər.

Yunanıstanın mərkəzi bankı xəbərdarlıq edib ki, ölkə ağrılı defolta gedə, avrozona və Avropa Birliyindən çıxa bilər.