«Jurnalistlərin buraxılmaması biabırçılıqdır»

Irfan Siddik

-

“Mən cümə günü Xarici İşlər Nazirliyinin nümayəndəsi Tobias Elvudla açılış mərasimində iştirak etdim. Mərasim təsirli idi.Bu, bütün dünyada izlənə bilən bir şou idi.Amma təəssüf ki, bəzi britaniyalı jurnalistləri oyunları işıqlandırmaq üçün qeydiyyata almayıblar. Bəzi jurnalistlərin bu imkanından məhrum edilməsi biabırçılıqdır”.

Bunu Böyük Britaniyanın Azərbaycandakı İrfan Siddiq səfiri bir sıra Britaniya KİV nümayəndələrinin Azərbaycana buraxılmaması ilə bağlı Turan agentliyinin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, jurnalistlərin buraxılması mənfi dəyərləndirmələrdən qaçmaq cəhdi idisə, nəticə tamamilə əksinə olub və bu bir çox mənfi materiallara səbəb olub-deyə o vurğulayıb.