“Rusiya Qərblə baha başa gələn yeni silah yarışına girmək fikrində deyil,bu ölkə iqtisadiyyatı üçün ziyanlı olacaq”.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Ushakov iyunun 17-də bəyan edib.
O qeyd edib ki, biz prinsipcə bunun əleyhinəyik.
Ushakov həftəsonu Sankt-Peterburda keçiriləcək iqtisadi konfransla bağlı keçirdiyi brifinqdə NATO-nu ittiham edib.
O bildirib ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmaqla Moskvanı öz maraqları və təhlükəsialiyini qorumaq üçün tədbirlər görməyə vadar edir.
Rusiya prezidenti Vladimir Putin iyunun 16-da bildirib ki, ölkənin hərbi nüvə qüvvələri bu il 40-dan çox yeni qitələrarası ballistik raketlər alacaq.
O həmçinin ABŞ-ın Şərqi Avropada ağır silahlar yerləşdirməsinin mümkünlüyündən elə də narahat olmadığını deyib.