BMT son həftələrdə Suriyanın şimalından Türkiyəyə 23 min qaçqın keçdiyini bildirir.
Təşkilatın qaçqınlar üzrə ali kommisarının sözçüsü William Spindler iyunun 16-da Cenevrədə bildirib ki, turkiyə rəsmilərinin məlumatına görə, onların əksəriyyəti sərhəddə yerləşən Tel-Abyad şəhərindən gəliblər.
Spindel bildirib ki, onların arasında İraqın Mosul, Ramadi və Əl-Fəllucə şəhərlərindən olan 2183 iraq qaçqını da var.
İslam Dövləti yaraqlılarının nəzarətində olan bu şəhər iyunun 15-də “Kürd xalq müdafiə qüvvələri” nin nəzarətinə keçib.
Əməliyyatda ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın təyyarələri də iştirak edib.\
Hazırda Suriya və İraqın bir sıra əyalətləri İslam Dövləti yaraqlılarının nəzarətindədir.
Amma bu qrup son vaxtlar İraq-Suriya-Türkiyə sərhəddi boyunca xeyli ərazidən çıxarılıb.