Hiddink Hollandiya millisindən gedir

Guus Hiddink

Hollandiya futbol millisinin baş məşqçisi Guus Hiddink komandadan ayrılmaq istəyir.

Bu barədə mətbuata onun özü açıqlama verib.

Hiddink deyib ki, bu işi köməkçisi Danny Blində həvalə etmək istəyir.

O bunu tezliklə bəyan edəcəyini bildirib.

"Avro-2016"nın A qrupunda mübarizə aparan Hollandiya yığması hazırda3-cü pillədədir.