Londanda İlham Əliyevin ailəsinə məxsus imarət- [fotolar]

Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi-­ OCCRP –nin «Xədicə» layihəsi çərçivəsində növbəti, 3-cü araşdırması dərc olunub.

Araşdırma Böyük Britaniyanın paytaxtı Londonun şimalında, Hampstead Lane adlanan ərazidə, olduqca bahalı məhəllədəki qiyməti 25 milyon dollardan artıq olması güman edilən imarətin Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus olduğunu sübut edən sənədləri üzə çıxardığını iddia edir.

Əliyevin qonşularından biri Arsenal futbol klubunun sahiblərindən biri Alisher Usmanovdur: Bir tin aşağıda yerləşən imarət 2008-ci ildə Usmanova 76 milyon dollara satılıb.