Gürcüstanda ölənlərin sayı 13-ü keçib

Gürcüstan rəsmiləri bildirir ki, Tbilisidə leysan yağışlar və daşqınlarda azı 13 nəfər həlak olub, 24 nəfər itkin düşüb

-

Gürcüstan rəsmiləri bildirir ki, Tbilisidə leysan yağışlar və daşqınlarda azı 13 nəfər həlak olub, 24 nəfər itkin düşüb.

Leysan yağışlar iyunun 13-də gecə başlayıb, Vere çayını daşdırıb. Onlarla bina, maşın, elektrik xətti su altında qalıb. Şəhər zooparkını da sel aparıb, pələng, şir, canavar, başqa heyvanlar qaçıb. Zooparkın 3 əməkdaşı həlak olub.

Heyvanlardan bəzilərini tutublar, ancaq neçəsinin itdiyi hələ bəlli deyil. Şəhər rəsmiləri heyvanlar tapılanadək əhalidən evdən çıxmamağı xahiş edib.

Prezident Giorgi Margvelashvili daşqın qurbanlarının ailələrinə başsağlığı verib, bərpa işlərinin tezliklə başlayacağına söz verib. Baş nazir Irakli Garibashvili iyunun 15-də matəm günü elan edib.

Ölkəyə dəyən ilkin ziyanın 18 milyon dollar olduğu bildirilir.