Tbilisidə daşqınlarda ölənlərin sayı 10-nu ötüb-[video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Tbilisidə daşqınlarda ölənlərin sayı 10-nu ötüb

-

İyunun 14-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə güclü yağış olub. Yerli telekanalların xəbərinə görə, ölənlərin sayı 11-ə çatıb. 10-a yaxın adam isə itkin düşmüş sayılır.

Tbilisi meri David Narmaniya şəhər sakinlərini baş vermiş təbii fəlakətlə baglı könüllü yardıma çağırıb. Mer deyib ki, könüllülər yardıma gəlsə, biz şəhəri zibil və palçıqdan daha tez təmizləyə bilərik.

Gürcüstanın baş naziri İrakli Garibashvilinin tapşırığı ilə fövqəladə qərargah yaradılıb. Qərargah fəlakətin qarşısının alınmasına və xəsarət alanlara yardım göstərəcək.

Şəhərin mərkəzi zooparkının ifrastrukturu tamamilə dağılıb. Şəhərə qaçan vəhşi heyvanların bəziləri öldürülüb, bəzilərini geri qaytarmaq mümkün olub.
Bir neçə şir və pələngin axtarışları isə hələ davam edir. Hökumət insanları bayıra çıxmamağa çağırıb.

Zooparkdan 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb.

Zooparkın ətrafında iki nəfərin meyiti tapılıb.

Avstriyada rəsmi səfərdə olan müdafiə naziri Tinatin Xidaşeli əhalini sakit olmağa çağırıb.

Mətn davam edir:

Tbilisidə daşqından FOTO-lar

Daşqın iyunun 14-də gecədən başlayıb. Əsas ziyan paytaxtın Vake-Saburtalo rayonuna dəyib. Evlər su altında qalıb.

Güclü yağışların səbəb olduğu daşqınlardan Axaldabanın yolları tamamilə dağıldığından yerli sakinlər kəndi tərk edə bilmir.

Gürcüstanın Təcili Yardım Agentliyinin əməkdaşları Axaldaba kəndindən 16 nəfəri vertalyotla evakuasiya ediblər. Əsasən, qadın və uşaqlar ilan axaldabalıların vəziyyəti qənaətbəxşdir. Vertalyotla daha bir reys kəndlilərin çıxarılması planlaşdırılır.