Beigbeder-in daha bir romanı - Azərbaycan dilində!

-

"Qanun" nəşriyyatından iki yeni kitab gəldi.

FREDERİK BEQBEDER. UNA VƏ SELİNCER

Fransız yazıçısı Frederic Beigbeder həmişə özünü yazır. Bu romanın qəhrəmanı olan qız əvvəlcə gənc Cerom Selincerə vurulur, amma sonradan özündən 36 yaş böyük Çarli Çaplinə ərə gedir. Səbəbi?.. Bunu 50 yaşını haqlamış və özündən 25 yaş kiçik qızla evlənən Beigbeder-in kitabını oxuyaraq bilin...

Fransızcadan tərcümə: Çimnaz Vəliyeva

J.D.SALINGER. DOQQUZ HEKAYƏ

“Doqquz hekayə” kitabına daxil olan əsərləri Selincer “New York” jurnalının 1948-1953-cü illərdə çıxan nömrələrində çap etdirmişdi. Lakin bu hekayələrdən bəzilərinin yazılma tarixi müharibə dövrünə gedib çıxır. Gənc Selincerin II Dünya müharibəsi illərində çap etdirdiyi bir sıra hekayalər sonralar “Çovdarlıqda uçurumdan qoruyan” povestinin tərkib hissəsinə çevrilmişdi. Bütün bunlar Selincer fenomeninin artıq 40-cı illərin birinci yarısında formalaşmağa başladığını ehtimal etməyə əsas verir.

İngiliscədən tərcümə: Tehran Vəliyev