Şəriət qaydasıyla çubuq cəzası
Açex - İndoneziyanın şəriət qanunlarının tətbiq edildiyi yeganə vilayətidir.
Vilayət sakinləri çubuqla döymə və daş-qalaq etmə cəzalarına homoseksuallığa, fahişəliyə, alkoqollu içki içməyə, qumar oynamağa görə məhkum edilirlər.
"Cəlladlar" maska taxır və uzun paltar geyirlər ki, heç kəs onları tanımasın.
Əgər kimsə homoseksuallıqda təqsirli bilinibsə, ya ona ictimaiyyətin gözü qarşısında 100 çubuq vurulmalı, ya 100 ay həbsdə yatmalı, ya da 1 kilo qızıl dəyərində cərimə verməlidir.
Bu qadın seksual xidmətlərə vasitəçilik etdiyi üçün cəzalandırılır.
Şəriət qaydaları təkcə yerli sakinlərə yox, vilayətə gələn xaricilərə də aiddir.
2012-ci ildə yerli rəsmilər etiraf ediblər ki, çubuq cəzası cinayətlərin azalmasına səbəb olmur.