Rusiya Prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.
AzərTacın məlumatına görə, onu Beynəlxalq hava limanında Rusiya Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.
Vladimir Putinin səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev bə Türkiyə prezidenti Recep Tayyip Erdoganla ayrıca görüşləri də nəzərdə tutulur.